“Mən vəziyyəti dəyişdirməyənə qədər Qarabağdan heç yerə getməyəcəyəm” -erməni milyarder

İctimai xadim və milyarder Ruben Vardanyan təhlükəsizlik məsələlərinin həll üçün nə qədər lazımdırsa, o qədər Qarabağda qalacağını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə o, “Ermənistan” televiziyasına müsahibəsində bildirib.

HTML tutorial

“Mən vəziyyəti dəyişdirməyənə, Qarabağ xalqı (?) öz təhlükəsizliyinin təmin olunduğunu hiss etməyənə qədər Qarabağdan heç yerə getməyəcəyəm. Bunu bacardığım qədər sonadək edəcəyəm”, – deyə Ruben Vardanyan qeyd edib.

Milyarder daha sonra deyib:

“Hamımız başa düşməliyik ki, ümidlərimizi yalnız özümüzə bağlamalıyıq. Biz, dövlət, ordu, xalq başa düşməliyik ki, bu böhrana son qoyulmalıdır. Potensialı olan istənilən şəxs dərk etməlidir ki, onun töhfəsi vacibdir”.

Gununsesi.info