Mən yazıq adam olmuşam - Xaçaturyan YENƏ AĞLADI

“Mən yazıq adam olmuşam, əlimdə silah olmayıb. Heç bir silahlı hücumda iştirak etməmişəm”.

Gununsesi.info-nun məlumatına görə, bunu Xocalı rayonunun Meşəli kəndində törədilən soyqırımdan təqsirləndirilən erməni əsilli Vaqif Xaçaturyan deyib.

O bildirib ki, Meşəli hadisələrində iştirak etməyib:

“Mən nəinki Meşəli kəndindəki hadisədə, heç bir hadisədə iştirak etməmişəm. Meşəli hadisələri barədə bizim Badara kəndi bilməyib. Bizə sonradan dedilər ki, Meşəlikdə ermənilər iki nəfəri öldürüb. Bizim Məlik kəndinin sakinləri ilə ailəvi gediş gəlişimiz var idi. Toyda, xeyir-şərində iştirak etmişik. Ay qardaşlar, xahiş edirəm, mən orda olmamışam. Mənim xəbərim yoxdur”.

V. Xaçaturyan məhkəmədə yenidən ağlayıb: “Həmin vaxt mənim 6,8 yaşlı qızlarımın yanında olmuşam. Məni günahlandırmayın”.

 

Gununsesi.info