Mənbicdə dörd günlük atəşkəs

Mənbicdə Suriya Milli Ordusu (SNA) ilə terror təşkilatı YPG arasında müvəqqəti atəşkəs əldə edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, razılaşma çərçivəsində terror təşkilatı PKK/YPG Mənbic və ətrafından tamamilə geri çəkilməlidir.

Dünən saat 17.00-da başlayan razılaşma 16 dekabr bazar ertəsi gününə qədər davam edəcək.

Müqavilə çərçivəsində digər mühüm bölgə Tişrin bəndidir. Bu mühüm enerji istehsalı mərkəzi Suriya xalqının infrastruktur ehtiyacları üçün çox əhəmiyyətlidir. Barajın düzgün işləməsi üçün SDF bölgədən çəkilməlidir.

Orxan Saffari

Gununsesi.info