“Məndən “yanıqlı gəzən” o “qatı müxaliflər”i yandıran nədir?” — İlqar Məmmədov

“Məndən yanıqlı gəzən o “qatı müxaliflər”i yandıran nədir? İçi ən pis göynəyənlərlə təxminən eyni vaxtda həbs olunmuşduq, amma onlar Avropa Məhkəməsində parlaq bir qələbə qazanmağı bacarmadılar. Güləcəksiniz… Eləsi də var ki, neçəsə il siyasi məhbus adı ilə yaşadı, amma axırda Avropa Məhkəməsi onun ərizəsini rədd etdi. İndi bunlar “yanıqlı-yanıqlı gəzir”, hər şeydən bəhanə düzəldib mənə ağıl və vicdan dərsi keçmək iddiasındadır”.

Gununsesi.info-nun xəbərinə görə, bunu REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.

“Hamısına xəbərim var: Ələsgər Məmmədli kimi dürüst bir ziyalını mən həbs etməmişəm. Gedin başqa ünvana acıqlanın, hirsiniz qorxaq deyilsə…” – o qeyd edib.

İ.Məmmədovun mövqeyi müxalifət düşərgəsində narazılıqla qarşılanıb, partiya sədri tənqid olunub.

 

 

 

Gununsesi.info