“Dünən Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” silah zavodunda baş vermiş partlayış hadisəsi hər kəs kimi məni də həyəcanlandırdı.Hadisə barədə xəbər yayılan andan internet qarşısında çıxan xəbərlərlə maraqlanırdım. Prezident cənab İlham Əlieyvin sərəncamı ilə Dövlət Komissiyasının yaradılması, səlahiyyətli dövlət rəsmilərinin təcili hadisə yerinə getməsi insanları sakitləşdirdi”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” səhifəsində yazıb.
O, həmçinin, təəssüflə bildirib ki, partlayışda iki nəfər dünyasını dəyişdi.
“Onların yaxınlarına başsağlığı verir, Allahdan rəhmət diləyirəm! Bu gün Səhiyyə Nazirliyi ilə əlaqə saxladım. Bir nəfər Bakıya müalicəyə gətirilib, yeddi nəfər isə rayon xəstəxanasında müalicəsini davam etdirir. Allah şəfa versin!”-deyə,o, sözlərinə əlavə edib.
Gununsesi.info