“Məni “Keyxanım” kimi təqdim etməyin”

  • By admin
  • 20 İyul 2016 13:38

key

 

Aktrisa Ülviyyə Əliyeva onu “Keyxanım” kimi təqdim etməyə qadağa qoyub.

Gununsesi.info-nun məlumatına görə, aktrisa “5/5” verilişində bunları deyib:

“Camaat məni bu obrazla sevib. Amma əsəbiləşirəm. Çünki mənim bundan başqa da obrazlarım var. Ondan əvvəl mən Çiçək kimi sevildim. Artıq efirlərdə aparıcılar məni “Keyxanım” kimi təqdim edəndə, saytlarda yazılanda xoş gəlmir. Mən artıq Ülviyyə Əliyeva kimi yadda qalmaq istəyirəm”.

Gununsesi.info