“Məni tənqid edirlər” - MƏLAHƏT ABBASOVA

  • By admin
  • 12 İyun 2017 17:45

melahet-abbasova

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova sosial şəbəkədə ünvanına yazılan tənqidlərə əsəbiləşib.

Gununsesi.info xəbər verir ki, aktrisa “ATV maqazin onlarla” verilişində həmyerlilərinin onu pisləməsinə üzüldüyünü deyib:

“Məni tənqid edirlər ki, hər zaman bədbəxt, kəndçi qadın obrazını oynayırsınız. Bizim adımızı batırırsınız. Çox kök görünürsünüz. Tamaşaçılar çox mənasız fikirlər yazır. Bunlar da məni üzür. Yazılanları menecerlərim, oradakı aktrisalar oxuyurlar. Deyirlər ki, sizdə necə aktrisalar var? Onlar belə qadınları canlandıranda qırmızı boya sürtüb, kirpik taxıb, dəbdəbəli geyinir? Türkiyədə aktyor nə qrimə, nə kostyuma qarışa bilər. Orada hər kəs işini gözəl bilir”.

Gununsesi.info