Mənim adımdan yayılan yazışmaların əksəriyyəti saxtadır - BƏXTİYAR HACIYEV “KÜRDƏXANI”ya KÖÇÜRÜLÜB

İctimai fəal Bəxtiyar Hacıyev martın 7-də Penitensiar Xidmətin müalicə müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Gununsesi.info siyasi fəalın vəkillərinə istinadən bildirir ki, o, təcridxanada ümumi kamerada saxlanılır.

HTML tutorial

Vəkillər Hacıyevin səhhəti ilə bağlı danışarkən deyib ki, o, hazırda reabilitasiya dövründədir, səhhəti yaxşılaşmağa doğru gedir, çəkisində artım var.

Hacıyev onun şəxsi həyatı ilə bağlı yayılan məlumatların çoxunun saxta olduğunu söyləyib:

“O, nə baş verdiyini tam başa düşə bilmir. Bununla bağlı çox böyük narahatçılıq, stress, məyusluq hissi keçirir. Deyir ki, bu tamam doğru olmayan hərəkətdir. Hacıyev belə başa düşür ki, bunlar, yəni yazışmalar, digər materiallar on il bundan əvvələ aiddir. Orada çox mütləq şəkildə montajlar və əlavələr var. O, bunu ilkin olaraq Pegasus-la (peqasus casus proqramı – red.) əlaqələndirdi, yəni Pegasus vasitəsilə götürüldüyünü güman edir”.
Rəhimli bildirir ki, yayılan materiallarla bağlı vəkillər iş aparır:

“Güman edirəm ki, yaxın zamanda müsbət nəticələr əldə edəcəyik”.

Vəkillər yayılan materialların araşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına, o cümlədən prokurorluğa müraciət edib.

Mətləb
Gununsesi.info