Xəbər verdiyimiz kimi, general Novruzəli Orucov dünən Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.
Gununsesi.info xəbər verir ki, N.Orucov “unikal.org” açıqlama verib. O, bildirib ki, İlham Əliyevin onun üzərində zəhmətləri çoxdur:
“Siz bilirsiniz ki, məni nəyə görə işdən azad edilmişəm. 3 övladım var. Hər üçünün canı cənab prezidentin ayağının altında qurban etməyə hazıram. Çünki dövlət başçımız mənə yüksək vəzifə və rütbə verdi. Mənim Ali Hərbi Məktəbdə təhsil almağım üçün göstərişi onun atası, Ulu öndərimiz Heydər Əliyev vermişdi. Ümumilli liderimizin və prezident İlham Əliyevin mənim üzərimdə zəhməti çoxdur. İşdən azad olunmağıma gəlincə, cənab prezidentə heç bir iradım yoxdur. Vəzifəni verən də, vəzifədən çıxaran da o kişidir. Allah canın sağ eləsin cənab prezidentin. Bir daha qeyd edirəm ki, mənim canım da, həyatım da, balalarımda cənab prezidentə qurbandır”.
General övladının həbs xəbərindən də danışıb: “Hələlik istintaq gedir. İstintaqın sonunda hər şey bilinəcək.
Gununsesi.info