“Mənim kimi acizdən qorxmusan, Allahdan qorxmamısan” - Rəqqasə Fatimə

  • By admin
  • 05 Dekabr 2019 15:17
“Dünyanın xoşbəxti mənəm, elə mən”.Gununsesi.org xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə yazıb. Sənətçinin bu paylaşımla küsülü olduğu şairə Nazilə Səfərlinin onunla bağlı yayımladığı fotoya cavab verdiyi vurğulanıb.

Fatimə ad çəkməsə də, izləyicilər ona bunla bağlı şərhlər ünvanlayıblar.

Sənətçi daha sonra paylaşımına “Eşitdim ki, qeybətimi etmiyən. Üzümə deməkdən qaçmısan. Mənim kimi acizdən qorxmusan, Allahdan qorxmamısan” sözlərini qeyd edib.

Qeyd edək ki, Nazilə küsülü olan Fatimə ilə Xatun Əliyevanın şəklini yayımlamış, “Yenə o bağ olaydı. Yenə siz o bağa yığışaraq, qeybət edərdiniz” sözlərini yazmışdı.