Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç Pal FM-də Ebru Gündeşlə bağlı maraqlı açıqlamalar verib.
Gununsesi.info “qafqazinfo”ya istinadən xəbər verir ki, ifaçı həmkarı ilə tanışlıq prosesindən söz açıb. Sərdar deyib ki, Ebru onu radioda dinləyib və ifa edənin qadın olduğunu düşünüb:
“Mən rəhmətlik Kayahan ilə radioda müsahibə verirdim. Bu zaman Ebru Gündeş 1-ci Körpüdə bizə qulaq asırmış. “Kimdir bu qadın? Gedib görməliyəm” deyib. Mənim üçün radioya gəlmişdi. Təxminən hadisə 1993-cü ildə baş vermişdi. Ebru mənim kişi olduğumu görüb şoka düşmüşdü”.
Gununsesi.info