“Mənim nüvə düyməm Kim Çen Inın düyməsindən daha böyük və güclüdür”.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın Yeni il təbriki zamanı ABŞ-a hədələrinə cavab olaraq deyib.
Kim Çen In deyib ki, ABŞ-ın istənilən hədələrinə cavab verməyə və məhv etmək üçün “nüvə düyməsi” iş masasının üzərindədir və istənilən an bu düyməni basa bilər.
ABŞ prezidenti Donald Tramp isə cavabında belə deyib: “Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, nüvə düyməsi daim onun masasının üzərindədir. Bəlkə kimsə onun arıq və acından ölən rejimini xəbərdar etsin ki, məndə də nüvə düyməsi var. Özü də mənim nüvə düyməm onun düyməsindən daha böyük və güclüdür. Onun düyməsindən fərqli olaraq mənim düyməm işləkdir!”
Gununsesi.info