“Mənimlə oynamaq olmaz” — Manafdan Leylaya

Müğənni Manaf Ağayev Leyla Rəhimova ilə küsülülüyünün səbəbini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, sənətçi “Rəngarəng səhər” verilişində buna səbəb qarşı tərəfin ona yalan danışmasının olduğunu bildirib:

“İnsan dürüst olar, 60 yaşım var yalan danışa bilmərəm. Duetdən söhbət düşəndə Leyla təklif etdi ki, oxuyaq. Dedi ki, köhnə mahnılardan birini aranjiman edək. “Sən olmayan” mahnımı istədi, razılaşdım. Mənim üçün də şərəfdir. Getdim mahnını tapdım, 1500 manata aranjiman etdirdim. Qurtardı, dedim ket oxu. Məni yola verdi ki, səsim işləmir. Toyda səsin işləyir, mahnıda yox? Mən səndən küsdüm. Mənimlə oynamaq olmaz”.

Qeyd edək ki, M.Ağayev bir neçə gün əvvəl Leyla ilə “Xəbərin var” verilişinə çıxmağı imtina edib.