Bakıda yaşayış evinə basqın olub.
Gununsesi.info-nun Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, iyulun 27-də Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs ona bıçaqla xəsarət yetirib evdən 110 manat pul aparıb.
İ.Hüseynovan xəstəxanaya yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədilməsi müəyyən edilib.
Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Gununsesi.info