Gununsesi.info xarici mətbuata istinadən “BBC”nin həmin araşdırmasını sizə təqdim edir.
Türkiyənin fərqli yerlərindən olan 10 minlərlə adam Erolun cənazə mərasiminə qatılmaq üçün Adıyamanda səfər edib.
Gələnlərin çoxluğu ucbatından şəhərin bəzi nöqtələrində avtomobil karvanları tıxaclar yaradıb.
AK Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan Erolun vəfatına görə, başsağlığı mesajları paylaşıb.
Eləcə də, müxalif Gələcək Partiyasının başqanı Əhməd Davudoğlu, DEVA Partiyasının lideri Ali Babacan və Səadət Partiyasının sədri Temel Karamollaoğlu başsağlığı mesakları yayımlayıblar.
Mənzil Camaatı son illərdə Türkiyədə ictimai rəydə ən çox gündəmə gələn dini yaranışlar arasında yer alır.
Bəs, Mənzil Camaatı necə bir dini qurumdur?
Onun bu günə qədərki işləri, siyasətlə əlaqəsini və son illərdə artan iqtisadi çalışmalarının təhlilili…
Adını Adıyamandakı bir rayondan alır. Mənzil Camaatı Nəxşibəndi təriqətinin Xalidiyyə qolunun Türkiyədəki yaranışlarından biridir.
2019-cu ildə ortaya çıxan Dəyanət İşləri Başqanlığına ait olduğu iddia edilən, rəsmi işçilərin bu günədək yalanlamadığı Dini-Sosial Təşəkküllər, Ənənəvi Dini-Mədəni Yaranışlar və Yeni Dini Yönəlmələr adlı gizli hesabatda bu quruma da yer verilir. Hesabatda bu qrup üçün “Mənzil/Səmərqənd Camaatı” təsviri işlədilir. Qrup 1972-ci ildə Abdulhakim Erol tərəfindən qurulub. 1970-ci illər dönəmindən insan qrupları Erolu görmək üçün ziyarətə gəlirlər. Onun ölümündən sonra oğlu Muhammed Erol bu qrupun lidri olur.
1983-cü ildə R. Erol bir müddətliyinə Gökçeadada məcburi iqamətgaha yollanır.
1993-cü ildə Raşit Erol öldükdən sonra Abdulbaki Erol rəhbərliyə gəlir.
1970-ci illər dönəmindən bəzilərinin mürid olaraq, digərlərinin isə “tövbə almaq” istəyi ilə gerçəkləşdirdiyi Mənzil səfərləri bu günədək davam edir.
Türkiyənin bir neçə yerlərindən mənsubları olan bir yaranışdır.
Mənzil Camaatı və siyasət əlaqəsi
Mənzil Camaatı keçmişdən bəri sağ partiyalarla əlaqə qurub.
12 sentyabr çevrilişindən sonra dini və milətçi partiyalara meyillənməyə başlayırlar. MHP və Rifah partiyasına səsvermədə dəstəyini açıqlayırlar.
Hələ o zaman lider Erol Turgut Ozal və Süleyman Dəmirələ dəstəyini bildirmişdi.
Muhsin Yazıcıoğlu ilə yaxşı əlaqələrinin olduğu iddia edilir.
Məncil Camaatı son illərdə Cümhur İttifaqının lideri Ərdoğana dəstəyi ilə bilinirdi
2016-cı il hərbi çevrilişindən sonra iqtidara güclü dəstək verdi.
Türkiyənin Suriyadakı hərbi əməliyyatlarını dəstəklədi.
“TÜMSİAD”: Artan iqtisadi güc və “ixracatçı KOBİ” vizyonu
Mənzil Camaatı yaranışının son illərdə iqtisadi sahələrdə önəmli bir atılım içində olduğu anlaşılır.
Buna örnək olaraq, Mənzillə bağlantılı iş dərnəyi olan Tükriyə Müstəqil Sənayeçi və İşadamları Dərnəyi (TÜMSİAD) göstərilə bilər.
2005-ci ildən Kiçik və Ortaq Böyüklükdəki İşlətmələr (KOBİ) yaradılır.
TÜMSİAD içərisində yer alan bu qurum iqtisadi-maliyyə sahələrində işlər görür.
Sıx QHT işləri icra edir.
Ticarət Sərgilərində “EXPO”larda aktivdirlər.
Media və yayımçılıqda aktivdir: Semarkand TV, Semarkand Radio, Semarkand Yayım Evi, Semarkand Dergisi, Semarkand Çocuk Dergisi, Semarkand Aile Dergisi, Genç Okur Dergisi bunlara misal ola bilər.
Camaatın bürokratiyada kadrlarının olması ilə bağlı iddialar dolaşır.
Özəlliklə, sağlıq sahəsində onların mənsublarının çox olduğu bildirilir.
2016-cı ildə dönəmin Səhiyyə Naziri Rəcəb Akdağ bu təşkilatın mənsubları ilə bağlı iddiaların yanlış olduğunu açıqlamışdı.
Bu iddiaları “xəyal məhsulu” adlandırmışdı.