Mənzildə 76 yaşlı kişinin meyiti tapıldı - XIRDALANDA

  • By admin
  • 09 May 2017 07:26

meyit-olu

Xırdalanda mənzildə meyit tapılıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1941-ci il təvəllüdlü Əliyev Okean Seyfulla oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info