Mənzildən 3 min manat və 40 min manatlıq qızıl oğurlandı

  • By admin
  • 17 Noyabr 2016 13:03

qizil

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktaybrın 19-da Bakı şəhər sakini Eldar Məhərrəmovun evindən 3000 manat pul və 40000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini Elvin Alıyev tutulub.

Gununsesi.info