Köçkünün mənzilini qarət edənlər tutuldu - FOTOLAR

  • By admin
  • 30 May 2016 17:57

ogurluq 4

Abşeronda 82 yaşlı vətəndaş Surxay Quliyevin evindən oğurluq edilib. Gununsesi.info xəbər verir ki, məlumatı araşdıran polis əməkdaşları Quliyevlər ailəsinin 8 min manat dəyəri olan qızıl-zinət əşyalarının talandığını müəyyən edib. Şikayətçinin sözlərinə görə, hadisə onların evdə olmadıqları vaxt baş verib.

Naməlum şəxslər  mənzildə olan mücrünü aparıblar. Əməliyyatçıları qısa zamanda  binanın 5-ci mərtəbəsində yaşayan Surxay Quliyevin mənzilini qarət edən şəxsi ifşa ediblər. Məlum olub ki, 35 yaşlı Anar Məmmədov iki yeniyetmə  Kənan Əliyev və Emin Şirinovu bu cinayətə təhrik edib. Digər yeniyetmə, Kənan əliyev cinayətə tanışı Eminin təklifi ilə razılıq verdiyini deyib. Mənzili qarət etməyi  isə onlara Anar göstərib. Yeniyetmələrin polis tərəfindən saxlanılması , sonda Anar Məmmədovu da ələ verib.

Gununsesi.info

 

ogurluq 1

 

ogurluq

 

ogurluq 3

 

ogurluq 5

 

ogurluq 6

 

ogurluq 7

 

ogurluq 5