Mənzildən qadın meyiti tapıldı

  • By admin
  • 28 Mart 2018 13:32
Bakının Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən Gununsesi.info verilən məlumata görə, Nazirliyin hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada 1961-ci il təvəllüdlü Batıyeva Aidə Aydın qızının meyitini aşkarlayıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Gununsesi.info