“Mənzillər mətbuatın adına hörmət gətirən, mənzilə kəskin ehtiyacı olan jurnalistlərə verildi” - AYDIN MİRZƏZADƏ

  • By admin
  • 19 İyul 2017 19:47

aydin

“Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 255 nəfərə mətbuat işçisinə xüsusi olaraq jurnalistlər üçün yeni inşa edilmiş çoxmərtbəli yaşayış binasında mənzil verilib. Birinci binada olduğu kimi, bu dəfə də mənzillər öz fəaliyyəti ilə mətbuatın adına hörmət gətirən və mənzilə kəskin ehtiyacı olan jurnalistlərə verilib”.

Gununsesi.info-nun xəbərinə görə, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

O, qeyd edib ki, mənzil bölgüsündə mənzil verilən jurnalistlərin siyasi yönümünün nəzərə alınmaması Azərbaycan dövlətinin bütün vətəndaşlarına eyni qayğı ilə yanaşdığını növbəi dəfə sübut etdi:

“Bu addımı ilə dövlət başçısı azad mətbutatın inkişafına dəstək verdiyini və qələm sahiblərinin sosial vəziyyətinin yaxşılaşmasını daima diqqətdə saxladığını göstərdi.

Mənzil hədiyyə edilən hər bir kəsi ürəkdən təbrk edir və mənzillərində xoş güzaran arzu edirəm”.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info