“Məqsədimiz İrəvanla münasibətləri tamamilə normallaşdırmaqdır” - ÇAVUŞOĞLU

  • By admin
  • 20 Yanvar 2022 15:20

“Ankaranın məqsədi İrəvanla münasibətləri tamamilə normallaşdırmaqdır”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkənin xüsusi nümayəndələri – Ruben Rubinyan və Sərdar Kılıçın yanvarın 14-də Moskvada keçirilən ilk görüşünü şərh edərkən deyib. Çavuşoğlu bildirib ki, xüsusi nümayəndələr danışıqların məqsəd və vəzifələrini müzakirə ediblər.

HTML tutorial

“Məqsədimiz Ermənistanla münasibətlərin tam normallaşmasıdır. Biz bunu izah etdik. Məncə, Ermənistan da razı qalmalıdır”.

XİN rəhbəri əlavə edib ki, iki ölkə arasında hava əlaqəsinin bərpası və xüsusi nümayəndələrin təyin edilməsi ilə yanaşı, etimadın yaradılması üçün əlavə addımlar da işlənib hazırlanacaq.

 

Gununsesi.info