“Çox şadam ki, münaqişə tərəfləri görüşlər keçirir. Daha bir görüşün keçiriləcəyi məlum olub. Elə ATƏT-in Minsk qrupu həmsədrlərinin səy göstərdikləri də budur”.
Gununsesi.org bildirir ki, bu fikirləri “Report”un sualına cavabında ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.
Azərbaycanla Ermənistan liderlərinin Vyana görüşü, habelə aprelin 15-də iki ölkənin xarici işlər nazirləri arasında keçirilməsi planlaşdırılan görüşdən danışan diplomat həmsədrlərin tərəflərin görüşərək hazırda onları ayıran mürəkkəb məsələləri müzakirə etmələri üçün müvafiq ab-hava yaratmağa, görüş yerləri təşkil etməyə çalışdıqlarını vurğulayıb.
“Məqsədimiz sülhə nail olmaqdır ki, bu da ümumbəşəri amaldır”, – ABŞ səfiri qeyd edib.