Mərakeş: İsrail Qərbi Səhradakı suverenliyimizi tanıdı, konsulluq açacaq

  • By admin
  • 18 İyul 2023 15:21

Mərakeş Kral Sarayı İsrailin çəkişməli Qərbi Səhra bölgəsində Mərakeşin suverenliyini tanıdığını açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bildirilir ki, rəsm Təl-Əviv eyni bölgədə konsulluq açmağı lanlaşdırır.

Açıqlamada İsrailin rəmsmi yanaşmasının Baş nazir Benyamin Netanyahu tərəfindən rəsmi məktibla Mərakeş Kralı IV Məhəmmədə çatdırıldığı bildirilir.

“İsrailin yanaşması BMT, regional və qlobal təşkilatlara və İsrailin münasibətlər qurduğu bütün ölkələrə göndəriləcək”,- deyə sənəddə yazılır.

Xatırladaq ki, Qərbi Səhradakı yanaşmada Mərakeşin lehinə olan dəyişiklik Donald Trampın dönəmində olmuşdu. Tramp İsraillə münasibətləri düzəldəcəyi durumda, Qərbi Səhra üzərindəki Mərakeşin suverenliyini tanımışdı.

 

Tərcümə: Arzu

Gununsesi.info