Mərakeş səfiri: “Azərbaycanı hər zaman dost və qardaş ölkə kimi xatırlayacam”

  • By admin
  • 09 Sentyabr 2016 20:02

sefir

zərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Mərakeş Krallığının Azərbaycandakı səfiri Hassan Hamini diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.

XİN-dən Gununsesi.info-ya verilən məlumata görə, Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd edən səfir Hassan Hami diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Səfir Azərbaycanı hər zaman dost və qardaş ölkə kimi xatırlayacağını vurğulayıb.

HTML tutorial

Nazir Elmar Məmmədyarov Azərbaycan və Mərakeş arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib. Mərakeşin Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupuna qoşulmasının təqdir edildiyini bildirib.

 

Gununsesi.info