Mərakeş və Səudiyyə Ərəbistanı iqtisadi əməkdaşlığın artırılması yollarını araşdırır

  • By arzu
  • 21 Noyabr 2019

Mərakeş-Səudiyyə İşgüzar Şurası noyabrın 20-də Mərakeşin ən böyük şəhəri Kasablankada iclas keçirib.

Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, iclasda iki ölkə arasındakı iqtisadi əlaqələrə yeni təkan vermək üçün iş mühiti və investisiya imkanları müzakirə edilib. Bunu, şuranın başçısı Xalid Benjelun açılış mərasimindən sonra jurnalistlərə bildirib.

Yığıncaqda, iki ölkənin ixracatçılarının və investorlarının qarşılaşdığı maneələrin aradan qaldırılması hədəfinin tutulması söylənilib.

Benjelunun sözlərinə görə, iştirakçılar ticarət əməkdaşlığını artırmaq üçün bir çox konkret təklifləri, əsasən Mərakeş və Səudiyyə Ərəbistanı arasında dəniz marşrutunun istifadəyə verilməsini müzakirə edəcəklər.

Gununsesi.org