Mərakeşdə ağır yol qəzası- 6 ÖLÜ, 16 YARALI

Mərakeşdə ağır yol qəzası

qeza_0235

Mərakeşin Asila şəhərində mikroavtobus yük maşını ilə toqquşub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, toqquşma nəticəsində 6 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.

Məlumata əsasən, mikroavtobusda 22 nəfər olub.

Qeyd edək ki, 2016-cı ildə Mərakeşdə yol qəzaları nəticəsində 3,5 min insan həlak olub.

Gununsesi.info

COMMENTS