Mərakeşdə ağır yol qəzası baş verib.
Publika.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, insident ölkənin şimalında, Fes və Sidi-Kasem şəhərləri arasında qeydə alınıb.
Məlumata əsasən, sərnişin avtobusu hərəkətdə olarkən naməlum səbəbdən aşıb. Nəticədə 9 nəfər ölüb, 45 nəfər xəsarət alıb. 15 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Gununsesi.info