Mərakeşdə avtobus aşıb, çox sayda ölən və yaralanan var

  • By admin
  • 26 Dekabr 2016 20:40

1300184t81h315f-48400800

 

Mərakeşdə ağır yol qəzası baş verib.

Gununsesi.info RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin şimalında, Fes və Sidi-Kasem şəhərləri arasında qeydə alınıb.

Məlumata əsasən, sərnişin avtobusu hərəkətdə olarkən naməlum səbəbdən aşıb. Nəticədə 9 nəfər ölüb, 45 nəfər xəsarət alıb. 15 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

 

Gununsesi.info