
Mərakeşdə baş vermiş zəlzələdə ölənlərin sayı 2946 nəfərə, zərərçəkənlərin sayı isə 5674 nəfərə çatıb.
Gununsesi.info xəbər verir ki, Mərakeş Daxili İşlər Nazirliyi ölkədə baş verən təbii fəlakətlə bağlı yeni məlumat yayıb.
Xatırladaq ki, sentyabrın 8-də yerli vaxtla saat 23.10-da Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib.
Mərakeşin Milli Geofizika İnstitutunun məlumatına görə, zəlzələnin episentri Mərakeşdən təxminən 70 km cənubda yerləşən Əl-Hauz əyalətində olub. Zəlzələnin episentri 8 km dərinlikdə yerləşir. Yeraltı təkanlar episentrdən 400 km radiusda hiss olunub.
Güclü təkandan sonra yüzlərlə afterşok baş verib, onlardan ən güclüsü 6 bal gücündə olub.
Ən çox ölüm halları Əl-Hauz, Tarudant, Şivava, Ouarzazat, Mərakeş, Azila, Aqadir, Kasablanka və Yussifi bölgələrində qeydə alınıb.
Mərakeşin Milli Geofizika İnstitutunun məlumatına görə, Mərakeş bölgəsində baş verən zəlzələ ölkə tarixində ötən əsrin ən böyük zəlzələsi olub.
Mərakeş hakimiyyəti zəlzələ nəticəsində mindən çox insanın həlak olması ilə əlaqədar üç günlük matəm elan edib.
Elmar Elnuroğlu
Gununsesi.info