Mərdəkanı zibilxanaya kim çevirib? – VİDEO

  • By admin
  • 10 Avqust 2021 19:12

Mərdəkanın Ərəblinski küçəsində zibil qutuları olmağına baxmayaraq, tullantılar qutudan kənara atılır.

Sakinlər zibil qutularından ətrafa yayılan qoxudan narazılıq edir, qoxunun nəinki ətrafdakı yaşayış evlərinə, hətta yaxınlıqdakı məktəbə yayıldığını vurğulayırlar.

HTML tutorial

Həmin ərazinin sakinlərinin bir digər problemi də yolların nahamar və yöndəmsiz olmasıdır.

Bu problemlərlə bağlı Xəzər rayon İcra Hakimiyyəti Mərdəkan nümayəndəsi İlqar Muqbilov Baku TV-yə açıqlama verib.

O bildirib ki, asvalt yerə əllə salınıb və xüsusi texnika ilə sıxılaraq bərkidilib. Xüsusi texnika olmadığına görə, yollarda ideal hamarlıq əldə etmək mümkün olmayıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Gununsesi.info