İlhamə Quliyevanın sabiq köməkçisinin məhkəməsi başlayır

  • By admin
  • 03 Avqust 2016 16:03

mehri

 

Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanıb.

Bu barədə Gununsesi.info-ya vəkil Vasif Mirzəyev məlumat verib.

Vəkilin sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses avqustun 15-nə təyin edilib.

Cinayət işi üzrə məhkəmə iclasına hakim Səbuhi Hüseynov sədrlik edəcək.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

 

Gununsesi.info