Qarabağ müharibəsi əlili olmuş mərhum jurnalist İbrahim Bayandurlunun atası Kərim Bayandurlu vəfat edib.
Gununsesi.info-nun məlumatına görə, mərhumun yaxınları bildiriblər ki, Kərim kişi bu gün dünyasını dəyişib.
Xatırladaq ki, İbrahim Bayandurlu 2010-cu il martın 16-da vəfat edib. Jurnalist Qarabağ savaşında könüllülər dəstəsinin tərkibində döyüşmüş, 1992-ci ilin 29 apreldə Şuşada yaralanmışdı. İ.Bayandurlu “Zerkalo” qəzeti və “Azadlıq” radiosunun əməkdaşı olub. Evli idi, bir qızı qalıb.
Allah rəhmət eləsin.
Gununsesi.info