Mərkəzi Afrika Respublikasında baş vermiş toqquşmalarda 22 nəfər həlak olub

  • By admin
  • 20 May 2017 19:54

871ff49c-deac-4427-b964-27b26194954c_292

 

Mərkəzi Afrika Respublikasında xristian və keçmiş islamçı qruplaşması arasında baş vermiş toqquşmalar zamanı 22 nəfər həlak olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin ölkədəki missiyasının (MINUSCA) bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, toqquşmalar zamanı daha 36 nəfər xəsarət alıb. “Anti-Balaka” ilə əvvəllər “Seleka” islamçı qruplaşmasının tərkibində olmuş silahlılarla toqquşma Bria şəhərində baş verib. Öldürülənlərdən 17-i dinc sakinlərdir.

“Briada və Mərkəzi Afrika Respublikasının digər yerlərində silahlı qruplaşmalar arasında toqquşmalar dayandırılmalıdır” – deyə missiyanın baş katibinin xüsusi nümayəndəsi Dayan Korner bəyanatında bildirib.

 

 

Gununsesi.info