Mərkəzi Afrika Respublikasında yol qəzasında 78 nəfər öldü, 72 nəfər xəsarət aldı

  • By admin
  • 06 İyul 2017 07:44

carr

Mərkəzi Afrika Respublikasında dəhşətli yol qəzası baş verib.

Gununsesi.info Reuters agentliyinə istinadən  xəbər verir ki,  Bambarı şəhəri yaxınlığında yük maşınının aşması nəticəsində 78 nəfər ölüb, 72 nəfər xəsarət alıb.

“Hazırda 78 nəfərin öldüyünü, 72 nəfərin isə yaralandığını təsdiqləyə bilərik. Yaralıların bəziləri qohumları tərəfindən evlərinə çatdırıldıqdan sonra keçiniblər”, deyə Bambarı şəhər xəstəxanasının baş həkimi bildirib.

İlkin məlumata əsasən, qəzaya səbəb yük maşınının həddən artıq yüklənməsi olub.

Gununsesi.info