2016-cı ildə Beynəlxalq Bankın toksik aktivlərinə görə Mərkəzi Bankın hökumətə verdiyi borcun həcmi (“Aqrarkredit”ə köçürmələr) 7.5 mlrd. manat olub.
Gununsesi.info bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayevə istinadən bildirir.
R.Ağayev qeyd edir ki, 2015-də bu ayırma 2.5 mlrd. manat olub.
“Hələlik 2 il ərzində Beynəlxalq Bank boyda korrupsiya layihəsinə görə Azərbaycan dövləti 10 mlrd. manat təkcə daxili borca girib. Neft Fondunun qaytarılması böyük sual altına düşən 1 mlrd. dollar depozitini də nəzərə alanda Azərbaycan hökuməti az qala bir illik büdcə həcmində Beynəlxalq Banka görə maliyyə yükünü öz üzərinə götürüb”- deyə iqtisadçı vurğulayıb.
Xatırladaq ki, Mərkəz Bank bu vəsaiti 0.15%-lə 30 illiyə hökumətə təqdim edib.
Vüsalə
Gununsesi.info