Mərkəzi Bank 5 vəzifəli şəxsi cəzalandırdı

Azərbaycan Mərkəzi Bankı (AMB) 5 bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimələyib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

 

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “Azkredit” ASC-nin vəzifəli şəxsi 1 500 manat, “Asel Kredit” MMC-nin vəzifəli şəxsi 3 000 manat, “Finoko” ASC-nin vəzifəli şəxsi 4 500 manat, “TBC Kredit” MMC-nin vəzifəli şəxsi 6 000 manat və “PSG Finans” MMC-nin vəzifəli şəxsi 6 000 manat cərimə edilib.

 

“Qeyd olunan pozuntular müvafiq təşkilatların maliyyə dayanıqlığına təsir etməyib”, – deyə məlumatda qeyd olunub.

 

 

 

Gununsesi.info