Mərkəzi Bank 50 milyon manat cəlb edir

  • By admin
  • 08 Dekabr 2016 11:22

merkezi bank

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 12-də keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir.

Hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.

Gununsesi.info