
Fevralın 17-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Bankdan Gununsesi.info-ya bildiriblər ki, dolayı hərracda 200 milyon manat vəsaitin cəlb edilməsi nəzərdə tutulur. Depozit hərracın müddəti 14 gündür.
“Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99 faiz təşkil edir.
Gununsesi.info