Mərkəzi Bank depozit hərracında 30 milyon manat cəlb edib

  • By admin
  • 22 Avqust 2016 16:05

milli bank

Mərkəzi Bank (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, avqustun 22-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 30 mln. manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49 % təşkil edib.

 

Gununsesi.info