Mərkəzi Bank hərracı keçirəcək

  • By admin
  • 19 Avqust 2016 12:47

milli bank

Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

Gununsesi.info xəbər verir ki, avqustun 22-də keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gün təşkil edir.

Hərrac üzrə faiz dərəcələri 4,01%-9,49% təşkil edir.

Hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.

Gununsesi.info