Mərkəzi Bank prosesə müdaxilə etmədikcə manat ucuzlaşacaq - ekspert

  • By admin
  • 12 İyul 2016 12:53

vuqarrrr

 

“Mərkəzi Bank valyuta bazarına müdaxilə edib prosesi tənzimləməyincə, manatın zəifləməsi prosesi davam edəcək”.

Bunu Gununsesi.info-ya açqlamasında iqtisadçı alim Vüqar Bayramov son günlərdə manatın ucuzlaşması prosesinə mövqeyini açqlayarkən deyib. Onun sözlərinə görə, bu gün valyuta bazarıında dollara təlabat böyük olduğundan manatın zəifləməsi prosesi davam edir və bu proses dollara olan tələbat ödənənədək davam edəcək. “Bu gün bazarda bir milyard dollara yaxın tələbat olsa da, Dövlət Neft Fondu ancaq 50 mln dollar vəsait çıxarır ki, bu da dollara olan tələbatı ödəmədiyindən manatın zəifləməsi prosesi gedir. Nə qədər qəribə olsa da, son bir ayda Mərkəzi Bank valyuta bazarındakı prosesə müdaxilə etmir. Mərkəzi Bankın da bazara müdaxilə etməməsi manatın zəifləməsinə gətirib çıxaran amillərdən biridir” – deyə, ekspert vurğulayıb. Ekspertin fikrincə, Mərkəzi Bank bazara müdaxilə edib interversiya edərsə, o zaman manatın məzənnəsində sabitləşmə yarana bilər. “Mərkəzi Bank prosesə müdaxilə etmədikcə biz manatın zəifləməsi prosesini müşahidə edəcəyik. Ancaq bir halda proses dayana bilər. O da bazarda dollara olan tələbat ödəndikdə…” – deyə, o, vurğualyıb. V. Bayramov hesab edir ki, əgər Mərkəzi Bank manatın kəskin zəifləməsində maraqlı deyilsə, o zaman bazar müdaxilə edib konkret addımlar atmalıdır. “Belə ki, interversiya etməli, marja yenidən baxıb, onu azaltmalı, hansı ki, bu yolla manatın möhkmlənməsinə nail olmaq olar. Digər bir məqam isə mərkəzləşdirilmiş kreditləri ünvanlı qaydada paylamalıdır ki, bu kreditlər dollar alınmasına yönəlməsin. Bu yolla manatın möhkəmlənməsinə nail olmaq olar. Mərkəzi Bank bu addımları atmadıqca manatın zəifləməsi prosesi davam edəcək” – deyə, ekspert qeyd edib. Ekspert onu da deyib ki, manatın zəifləməsi banklarda da müəyyən problemlər yaradır və bu nəticədə bankların likvidliyinin aşağı düşməsinə gətirib çıxarır. V. Bayramov əlavə edib ki, dolların möhkəmlənməsi prosesi dollarla kredit olan vətəndaşlar üçün də problemlərə yol açır: “Əgər bu proses davam edəcəksə vətəndaşlar dollarla olan kredit ödəməkdə çətinlik çəkəcəklər. Kreditlərin ödənilməməsi də banklar üçün problemli kreditlərin həcminin artmasına gətirib çıxaracaq. Ona görə də dollarla krediti olan şəxslərə güzşətlər tətbiq edilməlidir. Artıq bununla bağlı hğkumtətə 6 aydan artıqdir ki, təkliflərimizi də təqdim etmişik. Amma indiyədək dollarla kreditlərə güzəştlərin verilməsi ilə bağlı hər hansı güzəşt ortada yoxdur. Bu vətəndaşlar üçün problem yaratdığı kimi, banklar üçün də problemlər yaradır. Odur ki, hökumət dollarla krediti olan vətəndaşlara güzəşt verməlidir. Bu, həm maliyyə bazarında müəyyən sabitlyij yaranmasna gətirib çıxarar, həm də ki bankları gözləyən təhlükələrdən xilas edə bilər. Çünki nəticədə nəinki bankların problemi kreditlərinin həcmi artacaq, eyni zamanda likvidliyi aşağı düşəcək”.

Mürtəza

Gununsesi.info