Mərkəzi Bank üç şirkəti cərimələdi

  • By Admin2
  • 15 Aprel 2026 15:10

Azərbaycanda üç şirkət cərimələnib.

Gununsesi.info xəbər verir ki, “A+CO” və “Diadem” ASC-ləri, eləcə də “Ekolizinq” MMC  Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən cərimə edilib.

Azərbaycan Mərkəzi Bankının apardığı cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulduğu üzə çıxıb. Odur ki, məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq şirkətlərin hər biri 2 000 manat cərimə olunub.

Gununsesi.info