Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək

  • By admin
  • 11 Noyabr 2016 16:16

merkezi bank

Noyabrın 14-də Azərbaycan Respublikasının Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.

Gununsesi.info Mərkəzi Banka istinadla xəbər verir ki, dolayı hərracda 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99 faiz təşkil edir.

Gununsesi.info