Mərkəzi Bank valyuta məzənnələrini açıqladı

  • By admin
  • 17 Oktyabr 2016 10:19

merkezi bank

Azərbaycan Mərkəzi Bankı (AMB) 17 oktyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

HTML tutorial

Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, oktyabrın 17-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 14-ü ilə müqayisədə 0,01% ucuzlaşaraq 1,5969 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,4% zəifləyərək 1,7543 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 14-ü ilə müqayisədə dəyişməyərək 0,0253 manat səviyyəsində qalıb.
Türkiyə lirəsinin məzənnəsi isə 0,25% ucuzlaşaraq 0,5158 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9419 manatdır. Beləliklə, funt sterlinq 0,3%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,34% bahalaşaraq 0,6747 manat təşkil edib.
Anar
Gununsesi.info