Mərkəzi Bankın aktivləri artıb

Mərkəzi Bankı 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

Gununsesi.info hesabatdan bəzi məqamları təqdim edir:

– Mərkəzi Bank aktivləri AZN 30.9 milyarddan AZN 34.8 milyarda qədər artıb. – Aktivlərin AZN 27,1 milyardı borc qiymətli kağızlara yatırılıb. Bununla da qiymətli kağızlara yatırımın cəmi aktivlərdə payı 71,3%-dən 77,7%-ə yüksəlib. Artımın əsas səbəbi xarici dövlətlərin xəzinədarlıq notlarına (AZN 11.25 milyard) və beynəlxalq maliyyə qurumları tərəfindən buraxılmış notlara (AZN1,5 milyard) yatırımın 2 dəfəyədək artmasıdır.

– Banklara verilmiş kreditlərin həcmi AZN 288,9 milyondan AZN 72,9 milyona azalıb. – Dövriyyədə olan kağız və metal pullar AZN 14.7 milyarddan AZN 17.3 milyarda yüksəlib. İl ərzində artım 17.9% olub. – 2023-cü ildə Quba Olimpiya İdman Kompleksi Mərkəzi Bankın investisiya mülkiyyətinə köçürülüb. 24 avqust 2023-cü il tarixində Mərkəzi Bank “AzəridmanServis” MMC ilə bağladığı bir illik müqavilə əsasında əldə edilən mənfəətin 50%-ni əldə edib.

– Rezident banklardan cəlb edilmiş depozitlərin həcmi AZN 2,7 milyard olub. Bunun AZN 1.5 milyardı Beynəlxalq Bankın payına düşüb. – Mərkəzi Bank rezident bankların depozitləri üçün AZN 109 milyon həcmində faiz ödəyib. – Mərkəzi Bankın pwc audit şirkətinə ödədiyin illik xidmət haqqının həcmi ƏDV çıxılmaqla AZN 246 min olub.

Sənan Qurbanlı

Gununsesi.info