Mərkəzi Bankın dollar ehtiyatı artdı

  • By admin
  • 05 İyun 2018 16:53

Mərkəzi Bankın dollar ehtiyatı artdı

  Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

Gununsesi.info “Ölkə.Az”a istinadən bildirir ki, AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il  mayın 1-nə 5 mlrd. 471,4 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 464 mln. dollar və ya 13,4% çoxdur.

 Aprel ayı ilə müqayisədə isə mayda Mərkəzi Bankın valyuta ehtiyatları 5,6 mln. dollar və ya 0,1% artıb.