Mərkəzi Bankın valyuta ehtiyatları 11,4 mlrd. dolları ötüb

Bu il dekabrın 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11 milyard 433.8 milyon manat təşkil edib.

AMB-dən Gununsesi.info -a verilən məlumata görə, son bir ayda Mərkəzi Bankın valyuta ehtiyatları 0,6% artıb.

AMB-nin valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 4,3%, son bir ildə isə 4,2% artıb.

Gununsesi.info