Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin vaxtını rəsmən elan etdi

  • By admin
  • 14 Sentyabr 2016 11:52
ozbek 
Özbəkistanda yeni prezident seşkiləri dekabrın 4-də olacaq. Artıq Özbəkistan Mərkəzi Seçki Komissiyası ölkədə növbəti prezident seçkilərinin keçirilməsi ilə bağlı rəsmi qərar qəbul edib.
Gununsesi.info “trasgradtv”-yə istinadən  xəbər verir k, Özbəkistan MSK-nın sentyabrın 14-də keçirilən iclasında  növbəti prezident seçkilərinin 4 dekabr 2016-cı ildə keçirilməsi barədə qərar verib.
Özbəkistan Konstitusiyasına əsasən  prezident öz səlahiyyətlərini icra edə bilmədikdə,  yeni prezident  seçkiləri üç ay ərzində keçirilməlidir.
İslam Kərimovun ölümüdən sonra ölkə başçısı səlahiyyətlərini  hazırda baş nazir Şövkət Mirzoyev icra edir. Ş Mirzoyev  Özbəkistanda  İslam Kərimovun ən real varisi hesab  olunur.
Gununsesi.info