XƏBƏR LENTİ

19 Fevral 2018

17 Avqust 2016 - 16:36

Mərkəzi Seçki Komissiyası YAP-a “HƏ” dedi

MSK

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Gununsesi.info-nun məlumatına görə, iclasda Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendum) təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən yaradılmış “Yeni Azərbaycan” təşviqat qrupunun qeydə alınması məsələsinə baxılıb.

Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. A. Muxtarova bildirib ki, 124 seçki dairəsini əhatə edən imzatoplama kampaniyası çərçivəsində Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq, 40 mindən artıq seçici imzası toplanıb. “Yeni Azərbaycan” təşəbbüs qrupu referendum üzrə eyni adlı təşviqat qrupunun qeydə alınması üçün tələb olunan seçici imzalarını Seçki Məcəlləsinin 57, 65, 66 və 68-ci maddələrinın tələblərinə və MSK tərəfindən qəbul edilmiş təlimata müvafiq olaraq, tələb edilən sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edib.

İclasda “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu qeydə alınıb.

 Gununsesi.info