Mərmi partlayışında yaralanan Kəlbəcər köçkünü Bakıya gətirildi - YARALININ DURUMU AĞIRDIR

  • By admin
  • 06 Mart 2017 09:40

mermi

Gununsesi.info bir neçə gün əvvəl Yevlax rayonu ərazisində Kəlbəcər köçkünü Babək Süleymanovun  tapdığı mərminin əlində partlaması nəticəsində ağır yaralanması barədə xəbər verib.

Xatırladaq ki, Mingəçevirdə məskunlaşan Kəlbəcər köçkünü ərazidə qoyun otaran zaman bu olayla üzləşib. Partlayış nəticəsində Süleymanov Babək Əli oğlu bədəninin müxtəlif yerlərindən ağır xəsarət alıb.

Mingəçəvir Şəhər Kliniki Xəstəxanasına yeləşdirilən Babək Süleymanovun vəziyyəti ağır olduğundan dünən onu Bakıdakı Kliniki Tibbi Mərkəzə köçürüblər.

Gununsesi.info